YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Rizzotti: Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur

Azərbaycanı yaxşı tanıyıram, çox gözəl ölkədir. Bu ölkədə gənclərin təhsilinə, vətəndaş hüquqlarına, dini azadlıqlara ciddi diqqət və qayğı göstərilir. Azərbaycanın 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu (hətta ABŞ-dan əvvəl) faktını nəzərə alsaq, bu ölkənin önəmi daha da aydın olar. Təbii ki, ağrılı Dağlıq Qarabağ məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının çoxsaylı qətnamələrinə rəğmən öz həllini tapmamasına təəssüflənirəm. Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur.

Bu fikirləri AŞPA-nın italiyalı üzvü Mariya Rizzotti söyləyib. O bildirib ki, Parlament Assambleyasında Azərbaycana qarşı edilən əsassız hücumlardan şoka düşür.

“Açıq şəkildə Avropa Şurasının iclasında da dedim ki, Azərbaycana qarşı bəzi hücumlar mənə tamamilə əsassız gəlir. Bu ölkədə 3 dəfə parlament seçkilərində müşahidəçi qismində seçkiləri izləmişəm. Tam hüquqi sistem müşahidə etmişəm və deyilənlərin heç biri, xüsusilə də insan hüquqlarının pozulması haqqında deyilənlərlə razılaşmamışam. Düşünürəm ki, Azərbaycanın strateji mövqeyi var, İran, Türkiyə, Rusiya kimi güclü ölkələrlə həmsərhəddir və özünü bütün təsirlərdən uzaq saxlamaq istəyir. Dünyəvi, eyni zamanda, əhalisinin əksəriyyəti müsəlman ölkə olduğu üçün Avropanın qalan hissəsinə keçə biləcək islam terrorçu qüvvələrinin infiltrasiyasının qarşısını alır. Ona görə də bu ölkə dini azadlıq üçün bir müdafiədir. Azərbaycan digər bütün müsəlman ölkələrindən fərqlənir. Böyük uğurlar əldə edib.

Dünyada ideal ölkə yoxdur. Azərbaycanı daim mühakimə etmək kimi qərəzli niyyətlər müşahidə olunur, ancaq niyə, bilmirəm. Bu ölkəni korrupsiyaya görə də mühakimə edirlər. Halbuki korrupsiya elə bir haldır ki, ona qarşı bütün dünyada, bütün Avropada mübarizə aparılmalıdır. Çox yaxşı bilirik ki, ona qarşı necə mübarizə aparmaq lazımdır. Ölkəni çirkli pulların yuyulması məsələsinə görə mühakimə edirlər, amma bu məsələyə görə Hollandiya və Avropanın bir çox digər ölkələri də cəlb olunub. Onları, eləcə də Avropa banklarını mühakimə etmək lazımdır”, - deyə M.Rizzotti diqqətə çatdırıb.