YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Bəziləri bədbəxt hadisələrdən, faciələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar

Çox kədərli anlardır. Bu jurnalistin zalda olan ailə üzvlərinə başsağlığı verirəm. Bilirəm ki, bu müzakirələri dinləmək onlar üçün nə qədər ağırdır. Bu, faciədir. Ancaq təəssüf ki, bəzi insanlar belə bədbəxt hadisələrdən, faciələrdən öz şəxsi niyyətləri, məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu, Avropanın bədbəxtliyidir, onun islamofobiya xəstəliyidir, tolerantlığın, qarşılıqlı anlaşma imkanının olmaması xəstəliyidir. Üzləşdiyimiz problemlər bu təşkilatın müqəddəs dəyərlərindən şəxsi məqsədlər üçün istifadə cəhdləridir.

Bu fikirləri AŞPA-nın yay sessiyasında “Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin qurumdakı rəhbəri Səməd Seyidov söyləyib.

S.Seyidov deyib: “Burada insan hüquqlarından təzyiq məqsədi kimi istifadə olunmasına şahid olmuşuq. Bu gün hamımızın birlikdə mübarizə aparmalı olduğumuz korrupsiya ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Azərbaycan haradadır, Malta haradadır? Azərbaycanın Malta ilə nə əlaqəsi var? Məruzəçi Azərbaycanın adını səsləndirir, çünki Azərbaycanın Malta ilə rəsmi əlaqələri var. Böyük Britaniya Azərbaycanda ən böyük sərmayəçidir. İtaliya, Fransa ilə də ticarət əlaqələrimiz var. Bəs onda bu ölkələrin adları niyə sadalanmır? Bu, əsl məqamdır ki, məruzəçinin beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını göstərək. Məruzəçi Azərbaycanı təhqir etmək, ölkəmizin korrupsioner olması kimi bir fikir yaratmaq məqsədi güdür. Əslində, budur korrupsiya.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, məsələ Maltada deyil, Malta çox yaxşı iş aparıb. Heç kim, heç nə əla deyil: “Üzümü həmkarlarıma tutub deyirəm ki, bu məruzənin arxasında nə dayandığını düşünün, burada məruzəçinin özünəpərəstişi durur. Belə hallara qarşı birlikdə mübarizə aparmalıyıq”.

 

DİGƏR Xəbərlər Arxiv