YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Sosial islahatlar inqilabi xarakter daşıyır

“Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin  və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, sosial islahatlar inqilabi xarakter daşıyır.

“İlk öncə  şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin artırılmasının şahidi olduq. Hazırda islahatlar davam edir. Mən əminəm ki, icbari tibbi sığortanın tətbiqilə bağlı həkimlərin, orta tibb işçilərinin də əməkhaqları təsirli dərəcədə artırılacaq. Bu bir daha göstərir ki, cənab Prezident daim xalqın yanındadır və vətəndaşların daha yaxşı həyat şəraiti yaradılması üçün çalışır”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv