YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın hər bir vətəndaşının rifahının yaxşılaşdırılması Prezidentimizin uğurla həyata keçirdiyi siyasətin əsas məqsədidir

“Dövlət başçısının imzaladığı sosial xarakterli sərəncamlar bir daha təsdiqləyir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib. 

M. İbrahimqızı bildirib ki, bugünədək həyata keçirilmiş uğurlu siyasətin fəlsəfəsi də bu təməl üzərində qurulub. Onun sözlərinə görə, Azərbaycanın hər bir vətəndaşının rifahının yaxşılaşdırılması məhz Prezidentimizin uğurla həyata keçirdiyi siyasətin əsas məqsədidir: “İyunun 18-də dövlət başçısı sosial sahədə inqilabi xarakterli sərəncamlar imzaladı.Əslində, ictimaiyyət üçün cənab Prezident tərəfindən imzalanan bu sərəncamlar gözləniləndir. Biz xronoloji olaraq, 2003-cü ildən bugünə qədər ki, imzalanan bütün sənədlərə və həyata keçirilən islahatlara, eləcə də dövlət proqramlarına diqqət yetirsək görərik ki, əsas ana xəttin xalqın rifahı və firavanlığı təşkil edir. Bu mənada təkcə bu ilin əvvəlindən başlayaraq, imzalanan sənədlər bunları tam və qabarıq şəkildə əks etdirir".
Millət vəkili qeyd edib ki, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. İndiyədək  əməkhaqqı və pensiyaların dəfələrlə artdığını vurğulayan M.İbrahimqızı bu gerçəkliyin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb: “Əslində, 2019-cu il ölkəmizdə sözün həqiqi mənasında sosial rifah və firavanlıq ili adlandırılır. Əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq daha qətiyyətli və zəruri qərarların qəbul edilməsi beynəlxalq ekspertlər tərəfindən də təqdir edilir. Bu ilin əvvəlində minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmasını da nəzərə alsaq əslində növbəti sərəncamla təxminən artım 100 faizə çatır. Minimum əməkhaqqının artırılması yüz minlərlə insanların maaşının 270-350 manata qədər ardığını göstərir. Ən vacibi isə minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Qısaca olaraq, ölkədə hər bir ailəni əhatə edən bu qərarları inqilabi addımlar kimi səciyyələndirə bilərik”.