YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq genişlənir

Noyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, diviziya generalı Zekai Aksakallı ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və davamlı olduğunu vurğulayıb.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələri ilə tanışlıqdan sonra diviziya generalı Z.Aksakallı onların hazırlığı, təchizatı və təminatına yüksək qiymət verərək iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, bu istiqamətdə Türkiyənin Azərbaycanın tərəfdaşı və daim yanında olduğunu qeyd edib.
Sonra Azərbaycanın və Türkiyənin xüsusi təyinatlı qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşqun iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv