YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Zakir Həsənov: Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır

“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirirdi. Ulu Öndər qeyd edirdi ki, zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. Doğrudan da zabit peşəsi ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin əsas mahiyyəti Vətəni qorumaqdan ibarətdir”. Bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilən gənc zabitlərin buraxılış mərasimində çıxışı zamanı söyləyib.

Müdafiə naziri tədbirdə iştirak edən şəxsi heyətə müraciətlə deyib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir. Vətənimizin ciddi sınaqlar qarşısında qaldığını və torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, bu problemin həlli üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.

“Ölkəmiz neçə illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir.”
 

 

DİGƏR xəbərlər Arxiv