YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Valeh Ələsgərov: Dünya bazarında neftin qiymətinin aşağı düşməsindən narahat olmağa dəyməz

«Dünya bazarında neftin qiymətinin aşağı düşməsindən narahat olmağa dəyməz». Bunu Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, belə vəziyyət dünya təcrübəsində tez-tez müşahidə olunur. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsi müvəqqəti haldır.

«Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dünyada 160-dan artıq layihə dayandırılıb. 1998-99-cu illərdə də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox layihələr dayandırılmışdı. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti hallardır. Ona görə də, burada siyasi məqamlar yoxdur. Burada daha çox bir-biri ilə bağlı olan məqamlar var ki, neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Amma dediyim kimi, bundan narahatçılıq keçirməyinə dəyməz. Bu gün neftin qiyməti düşübsə, sabah onun qiyməti yenə də 100-110 dollar, hətta ondan da artıq ola bilər. Bizim də xeyli ehtiyatlarımız var. Əsas odur ki, ondan ağıllı və səmərəli şəkildə istifadə edə bilək. Bunun üçün də həm ağlımız, həm də savadımız var»- deyə, vitse-spiker vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv