YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: UEFA Avropa Liqasinin final oyununa siyasi rəng qatmaq istəyənlərin niyyəti puç oldu

Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə yeni model formalaşdırıb. Ölkəmiz bir daha sübut etdi ki, ona qarşı səslənən ittihamların heç bir əsası yoxdur.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Azərbaycanı ittiham edən təxribatçı qüvvələr yalandan iddia edirdilər ki, guya Bakı təhlükəli şəhərdir. Amma bütün dünya şahidi oldu ki, paytaxtımız təhlükəsiz və gözəl şəhərdir, vətəndaşlarımız çox mehriban və qonaqsevərdirlər. Ölkəmizə gələn bütün futbol azarkeşləri Bakıda müasir infrastrukturun yaradıldığını gördülər. Xarici turistlər Bakı Olimpiya Stadionunun möhtəşəmliyinin şahidi oldular. Bundan başqa, Azərbaycan polisi təhlükəsizlik baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Bir sözlə, Avropa liqasinin final oyununa siyasi rəng qatmaq istəyənlərin niyyəti puç oldu.

E.Nəsirov qeyd edib ki, final oyunu dünyanın 200-dən çox ölkəsində yayımlandı və bir milyarddan çox tamaşaçı tərəfindən izlənildi. Bununla yanaşı, dünyanın bir çox ölkəsindən 30 mindən çox turist oyunu izləmək üçün ölkəmizə səfər etdi.

Deputat xüsusi olaraq vurğulayıb ki, əldə etdiyimiz hər bir uğur Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, düşünülmüş, prinsipial siyasətin nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv