YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat nəzərdə tutulur

2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat,  xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Bu barədə bu gün Milli Məclisin komitə iclaslarında 2015-ci ilin büdcə zərfinin mzakirəsi zamanı bildirilib.

Qeyd olunub ki, 2014-cü illə müqayisədə  icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat və ya 5,8% az, xərcləri isə 1 mld. 467,1 mln. manat və ya 6% çox nəzərdə tutulub.

 

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 366,7 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 16,2 mln. manat və ya 4,6%, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 24,0 mln. manat və ya 7% çoxdur. Xərclər isə 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 35,7 mln. manat və ya 10,8% çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə  468 mln. manat və ya 18,1% çoxdur.

ARDNF-in 2015-ci il büdcəsinin xərcləri 12 mlrd. 304,8 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1 mlrd. 13  mln. manat və ya 9% çoxdur.