YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonlu turist: Bakıda müasir və qədim tikililər gözəl vəhdət yaradır

Son illər UEFA Avropa Liqasının səviyyəsi daha da artıb. Hər iki komandanın -“Çelsi” və “Arsenal”ın dünyada, o cümlədən Azərbaycanda kifayət qədər azarkeşi var və biz onları dəstəkləyəcəyik.

Bu sözləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Londondan gələn Alen Holts deyib.

Bakıya ilk dəfə gəldiyini bildirən qonaq şəhərdə çox gözəl memarlıq abidələri olduğunu qeyd edib, insanların qonaqpərvərlyini vurğulayıb. Diqqətə çatdırıb ki, Bakıda müasir və qədim tikililər gözəl vəhdət yaradır. Təhlükəsizlik baxımından da Bakı Avropanın ən sakit şəhərlərindən fərqlənmir.