YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kevin İnqram: Bakı dünyanın digər şəhərlərindən öz gözəlliyi ilə seçilir

Azərbaycana ilk dəfədir gəlirəm. İki gündür Bakıdayam. Hələ fürsət tapıb Bakıdan başqa digər şəhərlərdə olmamışam. Bakı çox gözəl şəhərdir insanları da çox qonaqpərvərdir.

Bu sözləri  UEFA Avropa Liqasının final görüşünü izləmək üçün ölkəmizə gələn ingiltərəli turist Kevin İnqram deyib.

“Şəhərin arxitekturasını çox bəyənirəm. Bura çox özünəməxsus bir yerdir və dünyanın digər şəhərlərindən öz gözəlliyi ilə fərqlənir. Avropa liqasının son oyunu ilə bağlı onu deye bilərəm ki, mən Arsenal komandasına azarkeşlik edəcəyəm. Düşünürəm ki, Bakıda olduğumuz vaxtdan səmərəli istifadə etməklə yanaşı, UEFA Avropa Liqasının final görüşündən zövq alacağıq”, - deyə ingiltərəli turist söyləyib.