YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı Robi Börner: Bakıda keçirdiyim günləri heç vaxt unutmayacağam

Azərbaycana ilk dəfədir gəlirəm. Bu ölkə, xüsusilə paytaxt Bakı, həqiqətən də, çox gözəldir, ürəkaçandır. Burada görməli, istirahət etməli yerlər çoxdur.

Bu fikirləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn böyük britaniyalı turist Robi Börner bildirib.

“İdmanı sevirəm. Avropa Liqasının final görüşünü izləmək üçün Bakıya gəlmişəm. Özümü burada çox rahat hiss edirəm”, -deyən qonaq qeyd edib ki, Bakıda keçirdiyi maraqlı günləri heç vaxt unutmayacaq.