YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İnanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində qadınlar daha fəal təmsil olunacaqlar

«Bələdiyyələr demokratik bir təsisiatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

«Artıq növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilib. Partiyamız bu seçkilərə yüksək səviyyədə hazırlaşır. Sevindirici haldır ki, YAP bu seçkilərdə qadınların və gənclərin namizədliyinə daha çox üstünlük verəcək. 2009-cu il seçkilərində qadınların bələdiyyələrə iştirak göstəricisinin artması onu deməyə əsas verir ki, onların potensialı yüksəkdir. YAP Qadınlar Şurası bölgələrdə tədbirlər keçirir, maarifləndirmə işləri aparır. Məqsədimiz odur ki, qadınlar digər məsələlərlə yanaşı seçki prosesində də fəal iştirak etsinlər. İnanırıq ki, qarşıdan gələn seçkilərdə qadınlar daha fəal təmsil olunacaqlar»- deyə, S.Hüseynova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv