YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrinin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib. Nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

DİGƏR Xəbərlər Arxiv