YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə təşkil olunacaq.