YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Londonda keçirilən Beynəlxalq turizm sərgisində təmsil olunur

Londonda keçirilən “Dünya səyahət bazarı-2014” ənənəvi beynəlxalq turizm sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə uğurla təmsil olunur.

Sərgidə 14 yerli turizm şirkəti “Geo Travel”, “SW travel”, “ENC tours”, “The tour”, “Turizm.az”, “AL travel”, “İmprotex travel”, “ATA travel”, "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Billur travel", "Millennium Tourism and Congress", 2 mehmanxana – “Pik Palace”, “Jumeirah Bilgah Beach hotel”, həmçinin “Azərbaycan Hava Yolları” təmsil olunurlar.

Burada icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə yerli turizm şirkətlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, “Dünya səyahət bazarı” Beynəlxalq turizm sərgisində iştirak edirlər.

Sərgi noyabrın 6-dək davam edəcəkdir.