YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistan Prezidenti Ram Nat Kovind: İkitərəfli əlaqələrimiz gələcək illərdə daha da möhkəmlənəcək

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına Hindistan Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və müxtəlif sahələrdə əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulamaqdan məmnunluq duyuram. Əminəm ki, ikitərəfli əlaqələrimiz gələcək illərdə daha da möhkəmlənəcək və müxtəlif sahələrə yönələcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”