YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib

Mayın 20-də Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının  təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının sıralarında cəmiyyətin müxtəlif təbəqələrinin təmsil olunduğunu bildirib. Partiyamızda 740 min insanın birləşdiyini deyən Əli Əhmədov qeyd edib ki, mədəniyyət sahəsinin nümayəndələri də YAP sıralarında geniş təmsil olunurlar.

“Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası təkcə ictimai-siyasi həyatımızla  deyil, digər sahələr, o cümlədən mədəniyyət sahəsi ilə bağlı tədbirlər həyata keçirir. Partiyamızın sıralarında ölkəmizin nüfuzlu mədəniyyət və incəsənət xadimləri birləşiblər ki, onlar ölkəmizin mədəni həyatında mühüm rol oynamaqla yanaşı, partiyamızın cəmiyyətdəki mövqeyinin güclənməsi işində də yaxından  iştirak edirlər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

O, deyib ki, birgə fəaliyyət planında bır sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr sırasına mədəni, tarixi dəyərlərimizin qorunması və təbliği, dövlətçilik ənənələrinin gücləndirilməsi, partiya üzvlərinin, o cümlədən gənclərin muzeylərə, teatrlara gedişinin təmin olunması, nüfuzlu mədəniyyət xadimləri ilə görüşlərin təşkil olunması və s. daxildir. YAP Sədrinin  müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Eləcə də, Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizin təbliğ olunması istıqamətində mühüm layihələr reallaşdırılır.  Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə layihələri də bu fəaliyyətə töhfə verəcək.

Çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev YAP-la Mədəniyyət Nazirliyinin indiyə qədər də fəal əməkdaşlıq etdiyini bildirib. O deyib ki, partiyanın yerli strukturları ilə müxtəlif tədbirlər reallaşdırılıb. Nazirin sözlərinə görə, birgə fəaliyyət planı isə bu əməkdaşlığın yeni mərhələsidir və bütün ölkəni əhatə edəcək. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışan Əbülfəs Qarayev bu ideologiyanın gənclər arasında geniş təbliğ olunmasının  əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, regionlardakı Heydər Əliyev Mərkəzlərinin imkanlarından istifadə edərək YAP və Mədəniyyət Nazirliyi azərbaycançılıq ideologiyası, vətənpərvərlik, milli tarixi-mədəni irsimizin qorunması mövzularında vacib layihələr həyata keçirə bilər.

Nazir bütövlükdə hər iki təşkilatın birgə əməkdaşlığının faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra Mədəniyyət Nazirliyində YAP ərazi ilk partiya təşkilatının sədri Vüqar Məmmədov birgə fəaliyyətlə bağlı təqdimatla çıxış edib. 

DİGƏR Partiya xəbərləri Arxiv