YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır

«Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir». Bu fikri YAP Siyasi Şurasının üzvu, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun sözlərinə görə, partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır.

«Biz öz prinsiplərimizdə Heydər Əliyev ideyalarına əsaslanırıq. Məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir. Bu gün ölkədə YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Prezident, parlament, bələdiyyə seçkilərində mütəşəkkillik göstərən partiyamıza xalqımız daim Ulu öndərimizin ideyalarına sədaqətini nümayiş etdirir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv