YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq

“Dövlət başçısının müvafiq sərəncamları nəticəsində əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi yönündə əhəmiyyətli addımlar artılıb. Sosial sahədə son bir ildə, xüsusilə 2019-cu ilin əvvəlindən inqilabi addımlar atılır. Bu ilin əvvəlində minimum əməkhaqqı təxminən 40 faiz artırıldı. Bunun nəticəsində 600 min insanın əməkhaqları təxminən 40 faiz artdı. Minimum pensiyalar da 40 faiz artırıldı. Eləcə də dövlət başçısının Sərəncamı ilə sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artırıldı. Bu isə o deməkdir ki, ölkəmizdə sosail ədalət prinsipi qorunur, ilk növbədə həssas təbəqələrə qayğı göstərilir. Dövlət başçısı problemli kreditlərin həlli ilə bağlı Fərman imzalamaqla 800 min insana dəstək verdi. Eləcə də məcburi köçkünlər üçün aylıq sosial müavinətin, tələbə təqaüdlərinin  artırılması və digər addımlar bütövlükdə 3 milyona yaxın insanı əhatə edir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda 2.5 milyona yaxın ailə var və demək olar ki, sosial sahədə ilin əvvəlindən atılan addımlardan təxminən hər bir ailə bu və ya digər dərəcədə faydalanır. Onun sözlərinə görə,  ölkəmizdə iqtisadi inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır və bu imkanlar da insanların sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Xüsusi diqqət göstərilən təbəqələrdən biri də məcburi köçkünlərdir. Dövlət tərəfindən onlar üçün əlavə tədbirlər görülür. Plan və istək bundan ibarətdir ki, məcburi köçkünlər üçün tikilən evlərin sayı daha da artırılsın.
“Təbii ki, Azərbaycanın imkanları genişləndikcə, maliyyə resursları artdıqca Prezidentimizin qeyd etdiyi kimi, insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq. Bu addımlar nəticəsində insanlar daha da yaxşı yaşayacaqlar, onların həyatının keyfiyyəti yüksələcək. Bundan sonra da, həyatımız daha da yaxşılaşacaq, insanların rifahı daha da yüksələcək. Vətəndaşlarımız əmin ola bilərlər ki, dövlətimiz və Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və bundan sonra da edəcək. Beləliklə, görülən genişmiqyaslı işlər göz qabağındadır. Azərbaycan hökümətinin həyata keçirdiyi sosial siyasətin mahiyyəti daha aydın şəkildə özünü büruzə verməkdədir”, - deyə Əli Əhmədov vurğulayıb.