YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Azərbaycan sahibkarları ölkəmizin inkişafı prosesində yaxından iştirak edirlər

«Azərbaycan sahibkarları ölkəmizin inkişafı prosesində yaxından iştirak edirlər». Bu fikri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, iş adamlarının qarşısında dayanan əsas məqsədlərdən biri xarici ölkələrə ixrac potensialını artırmaqdır.

«Çalışırıq ki, Azərbaycan məhsullarını daha geniş şəkildə dünyaya çıxaraq. Əsas qeyri –neft məhsullarının, emal və kənd təsərrüfatı məhsullarının ixracı və onun ənənəvi bazarlardan başqa, digər dünya ölkələrə də ixracı nəzərdə tutulur. Bu yöndə fəaliyyətimizi gücləndirəcəyik»- deyə, M.Musayev qeyd edib.