YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı tamaşaçı: Bakıya məşhur gimnastların çıxışına baxmağa gəlmişəm

Maskot-meymun Luici tamaşaçıların əhval-ruhiyyəsini qaldırır.

Bu barədə Krasnodardan çempionatın yarışlarını izləməyə gələn tamaşaçı Anastasiya Lıkova deyib.

Bakıya ilk dəfədir gələn rusiyalı tamaşaçı şəhərin gözəl və təmiz olduğunu deyib:

"Buraya məşhur gimnastların çıxışlarına baxmağa gəlmişəm. Rusiya komandasına azarkeşlik edirəm, komandamıza qələbə arzulayıram. Bundan başqa İtaliya gimnastları Milena Baldassari və Aleksandra Aciurcukulezeyə azarkeşlik edirəm. Şadam ki, Milena bu gün topla hərəkətlərdə yaxşı nəticə göstərdi".

A.Lıkova qeyd edib ki, Avropa Çempionatının açılış mərasimi xoşuna gəlib.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

 

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.