YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: Azərbaycanda qadınların ölkəmizin ictimai-siyasi həyatında rolu və fəaliyyəti artmaqdadır

«Azərbaycanda qadınların ölkəmizin ictimai-siyasi həyatında rolu və fəaliyyəti artmaqdadır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

S.Qəhrəmanova bildirib ki, son illər qadınların dövlət qurumlarında da təmsilçiliyi artıb. Onun sözlərinə görə, bütün bunlar gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərin nəticəsidir.

«Hazırda bələdiyyələrdə də qadınların təmsilçiliyi normaldır. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 26,7 faiz səviyyəsindədir. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Nəzərə alsaq ki, bu ilin dekabr ayında bələdiyyə seçkiləri keçiriləcək, qadınlar bu seçki kampaniyasında daha da fəal iştirak etməlidir. Çünki onların potensialı böyükdür»- deyə, S.Qəhrəmanova qeyd edib.