Xəbərlər
İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar investisiya yatırıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/5c4c41505dd9738ae16fc6c7d8cdb507.jpg&w=360)
Bu vaxtadək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollar portfel investisiyası yatırıb.
Bu barədə mayın 17-də Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb.