YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocavənd rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

 Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov partiyanın işində gənclərin rolu barədə fikirlərini bildirib.

Tədbirdə YAP Xocavənd rayon təşkilatı Gənclər Birliynin sədri Vüsal Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

Sonra Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Cənab Eyvaz Hüseynov, fəal gənclərdən Anar İbrahimov, Ləman Quliyeva, Gültəkin Qaraşova və digərləri çıxış edərək görülən işlərə münasibət bildiriblər.

Konfransda Vüsal Cavay oğlu Hüseynov  YAP Xocavənd rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda, 9 nəfərdən ibarət Şuranın üzvləri , 7 nəfərdən ibarət idarə heyəti , YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndə seçilib. Konfransda YAP sıralarına yeni qoşulan gənclərə partiya vəsiqələri təqdim olunub.

Sonda YAP-ın Sədri, ölkə  Prezidenti İlham Əliyevə müraciət qəbul edilib