Xəbərlər
Mahmud Məmməd-Quliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək.
Bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
Görüş mayın 16-17-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
Görüşün yekununda Finlandiya Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi Fransaya təhvil verəcək.