YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Belarusun idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon dolları ötüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon ABŞ dollarını ötüb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 74,4 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 8,1 milyon dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.