Partiya xəbərləri
YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra YAP Beyləqan rayon təşkilatının sədri Rafael Pəsiyev çıxış edərək partiyamızın cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Konfransının gündəliyində aşağıdakı məsələlər durur.
Daha sonra YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elgün Quliyev hesabat məruzəsi ilə çıxış edib.
Tədbir iştirakçılarından Yeganə Məmmədova, Yafəs Hüseynli, Ruhiyyə Əliyeva, Eyruz Pəsiyev çıxış edərək təşkilatın hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.
Sonra təşkilati məsələlərə baxılıb. Konfransda Gənclər Birliyinə 15 nəfər Şura, 9 nəfər İdarə heyətinin üzvü seçilib. Rafiz Sədi oğlu İsmayıllı YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədri, Elgün Quliyev və Ruhiyyə Əliyeva sədr müavinləri seçiliblər.
Konfransda çıxış edən Milli Məclisin deputatları Rüstəm Xəlilov, Şahin İsmayılov və Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin yeni seçilən heyətini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda konfrans iştirakçıları adından YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.