YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərin mahiyyətini ciddi şəkildə təhrif edirlər

Müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərin mahiyyətini ciddi şəkildə təhrif edirlər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib: "Onlar bir sıra yalanlar uydurmaqdan belə əl çəkmirlər. Təbii ki, bunların hamısı Azərbaycanın reallıqları ilə kəskin təzad təşkil edir. Bu il ərzində Prezident İlham Əliyevin imzaladığı bir çox sərəncamlarla Azərbaycan vətəndaşlarının böyük bir hissəsinin əməkhaqqı, pensiya və müavinətləri ciddi şəkildə artıb. Minimum əməkhaqqı və pensiyalar 40 faizə qədər, bəzi müavinətlər 50 faiz artıb".