Xəbərlər
Azərbaycanda dörd ayda 5,6 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib

Yanvar-aprel aylarında Azərbaycandan 12 milyon 61 min 695 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Dörd ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 678 milyon 799 min ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin ilk 4 ayında ölkədən 9 milyon 338 min 941 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 4 milyard 631 milyon 311 min dollar təşkil etmişdi.