YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Bu günə kimi sahibkarlara 2,3 mlrd. manat məbləğində güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 mlrd. manat olan layihələrə 2,3 mlrd. manat güzəştli kreditlər verilib.

Bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib./Trend/

Onun sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 mlrd. manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 mlrd. manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.

Nazir müavini qeyd edib ki, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb.

S.Məmmədovun sözlərinə görə, özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bu da özəl sektorun payının ümumi daxili məhsulda 85, məşğulluqda 74 faizə çatmasına zəmin yaradıb.