YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkənin hərtərəfli inkişafını şərtləndirən amillər sırasındadır

“Davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir”. Bu fikri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, dövlətimizin başçısı daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Onun sözlərinə görə, ölkəmizin son illərdə davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin uğurlu icrası və s. kimi mühüm amillər dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. 2019-cu ilin dövlət büdcəsi də onu deməyə əsas verir ki, bu il ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Enerji sektorundan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin davamlılığı diqqət mərkəzindədir.

“İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkənin hərtərəfli inkişafını şərtləndirən amillər sırasındadır. İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də öz təsdiqini tapır. Özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi fonunda işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açıldığına da diqqəti yönəldərək bildirdi ki, qarşıdakı dövr üçün nəzərdə tutulan planların uğurla həyata keçirilməsi, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək. Görülən bütün işlərin əsasında Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, onların rahatlığının təminatı dayanır”-deyə, deputat qeyd edib.