YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək

Silahlı Qüvvələrin Raket və Artilleriya Qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minskdə başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgiyə mayın 18-dək yekun vurulacaq.