YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırıq

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır:

"Azərbaycanla Aİ arasında bir sıra məsələlər müzakirə olunur. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırıq".