YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: "Freedom House” kimi təşkilatlar müəyyən xarici qüvvələrin yaratdığı şəbəkələrdir

«Ümumiyyətlə, "Freedom House” kimi təşkilatların Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dair çağırış etməsinin mahiyyəti ölkəmizdə hər kəsə məllumdur».  Bu fikri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu təşkilatlar inkişaf etməkdə olan ölkələrdə öz təsirini daim saxlamaqdan üçün müxtəlif vasitələrdən istifadə edirlər. Onun sözlərinə görə, bütün bunlar müəyyən xarici qüvvələrin yaratdığı şəbəkələrdir.

«Belə təşkilatların məqsədi bəzi ölkələrdə  ictimai-siyasi sabitliyi pozmaqdır. Məhz buna görə də "Freedom House”un hər hansı müsbət əməlindən danışmaq və bunu gözləmək doğru olmazdı. Bu təşkilatların istənilən addımları öncədən düşünülmüş, planlaşdırılmış və saxtalaşdırılmış addımlardır»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv