YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan XİN rəsmisi: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur

Gürcüstan ilə Azərbaycan münasibətlərində heç bir problem yoxdur. Sadəcə olaraq ölkələrimiz arasında müzakirə olunacaq məsələlər var və mən əminəm ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Xarici İşlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsalia deyib.

Onun sözlərinə görə, artıq Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın üzvləri təsdiq olunub və komissiyanın ilk iclası gələn həftə Bakıda keçiriləcək.

L.Darsalia deyib: “Komissiyanın ilk iclasında iştirak etmək üçün mayın 14-də Bakıya səfər edəcəyəm. Azərbaycanlı həmkarımla görüşəcəyəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.

Nazir müavini bildirib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.

Qeyd edək ki, Gürcüstan hökumətinin mayın 10-da keçirilmiş iclasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib.