YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə bələdiyyələr inkişaf etdikcə daha genişmiqyaslı layihələr həyata keçirə biləcəklər

«Azərbaycanda bələdiyyələrin geniş mülkiyyəinin, infrastrukturlarının olması üçün ilk növbədə yerli özünüidarə orqanları təkmilləşməlidir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bunun üçün bələdiyyələrin kadr potensialı, texniki vasitələri, eləcə də kifayət qədər maliyyə vəsaitləri olmalıdır. Onun sözlərinə görə, əks halda bütün bunlara nail olmaq mümkün deyil.

«Doğrudur, xarici ölkələrin təcrübəsində müəyyən məsələlər var. Amma onların təcrübəsini birdən-birə Azərbaycana tətbiq etmək mümkün deyil. Hesab edirəm ki, ölkəmizdə bələdiyyələr inkişaf etdikcə və imkanları artdıqca daha genişmiqyaslı layihələr həyata keçirə biləcəklər»- deyə, T.Rzayev qeyd edib.