Xəbərlər
İRNA: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həlli istiqamətində atılan səmərəli addımdır
İranın İRNA dövlət informasiya agentliyində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında yazı yerləşdirilib.
Yazıda Forum haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu Forum qlobal problemlərin həlli istiqamətində atılan səmərəli addımdır. Dünyada tanınmış siyasi xadimlərinin Forumda çıxışı və yeni təklifləri xalqların və dövlətlərin yaxınlaşmasına və dünyada mövcud olan problemlərin aradan qalxmasına köməklik göstərir.
Yazıda Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışına da yer verilib.