YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Günay Əfəndiyeva: Bizim borcumuz multikulturalizm kimi qiymətli mirası gələcək nəsillərə ötürməkdir

Çox şadam ki, ənənəvi olaraq, Azərbaycan növbəti dəfə belə bir mötəbər tədbirə ev sahibliyi edir. Bu Forum çərçivəsində bizim Beynəlxalq Türk Mədəniyyətinin İrsi Fondunun da paneli gerçəkləşir. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” adlı paneldə qardaş xalqların bir-birinə qarşılıqlı təsiri mövzusu müzakirə olunur.

Bu barədə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun prezidenti Günay Əfəndiyeva söhbət açıb.

“Forumda müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, digər ölkələrdən gələn diplomatlar, türkoloqlar iştirak edirlər. Onlar türk dünyası ilə bağlı Böyük İpək Yolunun türkdilli xalqlara verdiyi töhfələrdən danışırlar. Bu, bizim üçün çox önəmlidir, çünki söhbət bizim soyköklərimizdən gedir. Bilirsiniz ki, türkdilli xalqlar multikulturalizmə bağlı xalqlardır. Dinindən, dilindən asılı olmayaraq onlar digər xalqlarla bir yerdə dinc şəraitdə yaşayırlar. Onu da vurğulayım ki, türk dünyası genişdir və orada müsəlman, xristian, yəhudi türkləri yaşayır. Bizim borcumuz bu qiymətli mirası gələcək nəsillərə ötürməkdir”, - deyə G.Əfəndiyeva qeyd edib.