YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanana Qusmao: Bakı Forumundakı müraciətlərin və çağırışların fayda verəcəyinə inanıram

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif sessiyalar keçirilir, çox mühüm məsələlər müzakirə edilir. Burada dünyanın fərqli qurum və təşkilatlarının məsul şəxsləri iştirak edirlər. Onlar vacib problemlərin həlli istiqamətində təkliflərini irəli sürür, həmçinin bir-biriləri ilə əlaqə yaradırlar. İnanıram ki, Forumdakı müraciətlər və çağırışlar öz faydasını verəcək.

Bu fikirləri Şərqi Timor Demokratik Respublikasının sabiq prezidenti, Şimal-Cənub Mükafatının laureatı (2002) Şanana Qusmao deyib.

“Azərbaycanda olmaqdan məmnunam. Bilirəm ki, bu ölkədə bütün dinlərin nümayəndələri, milli azlıqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanın multikulturalizm siyasəti, insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər digər ölkələrə nümunədir”, - deyə Ş.Qusmao bildirib.

Sabiq prezidenti Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu və tədbirdə iştirakından məmnunluğunu qeyd edib.