YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yahya Palaviccini: Azərbaycan müasir və dünyəvi ölkədir

Azərbaycan müasir və dünyəvi ölkədir. Burada dini azadlıq var və ayrı-seçkiliyə yol verilmir.

Bu sözləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmiş “İslamofobiyanı dayandırın, dinlərarası maariflənmə ilə stereotipləri aradan qaldırın və kompleks müxtəliflikləri idarə edin” mövzusunda sessiyanın iştirakçısı İtaliya İslam Dini Cəmiyyətinin prezidenti, UNESCO-nun xoşməramlı səfiri Yahya Palaviccini deyib.

O bildirib ki, dünyada dindarlar arasında ikili standartlar olmamalıdır və bütün ölkələrin vətəndaşları qarşılıqlı hörmət və anlaşma şəraitində dialoq qurmalıdırlar.

“Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi istiqamətində gördüyü işlər digər ölkələr üçün model rolunu oynaya bilər. Həmçinin bu Foruma dindarların da cəlb olunması Azərbaycanın dinlərarası dialoqun inkişaf etdirilməsinə töhfə verdiyini bir daha göstərir”, - deyə Yahya Palaviccini vurğulayıb.