YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib

Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "KOB evi"nin layihəsinin təqdimatı zamanıdeyib.

O bildirib ki, son bir neçə il ərzində kiçik və orta biznesin inkişafı üçün kompleks işlər aparılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi prosesi sadələşdirilib:

“Bu günədək sahibkarlara 7400-dən çox lisenziya verilib. Lisenziyaların verilməsi elektronlaşdırılıb və bu günədək elektron formada 940-dək lisenziya verilib”.

N.Səfərovun sözlərinə görə, lisenziyaların alınması üçün rüsumun məbləği Bakıda iki dəfə, rayonlarda dörd dəfə azaldılıb.

DİGƏR Xəbərlər Arxiv