YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Corc Kent ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Corc Kent Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və faydalı fikir mübadiləsinin aparıldığını məmnunluqla qeyd edib.

Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələr üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.