YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandan Avropa İttifaqı ölkələrinə 2,6 milyard dollarlıq məhsul ixrac edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 624 milyon 446 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 57 milyon 995 min dollar çoxdur.

Birinci rübdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 495 milyon 861 min dollar olub.