YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur

“Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır”. Bu fikirləri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir. Onun sözlərinə görə, sağlamlıq turizmi üçün potensial olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi agentliyin diqqət mərkəzindədir.

“Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir və bu baxımdan müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması agentliyin fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizm zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər”-deyən, O.Məmmədov, həmçinin, sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artmasının ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv