YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində böyük potensiala malik ölkələrdir

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində böyük inkişaf yolu keçiblər. Bu sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsi maraqlarımızı tam əks etdirir.

Bunu aprelin 29-da İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasında iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov söyləyib.

İclasda əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını diqqətə çatdıran nazir deyib: “Azərbaycan və Türkiyənin birgə görəcəyi işləri müzakirə etdik. İki qardaş ölkənin modelləri əsasında nümunəvi təsərrüfatların yaradılmasına dair səmərəli fikir mübadiləsi apardıq. O cümlədən bitkiçilik sahəsində məhsuldarlığın artırılması, pambıqçılığın inkişafı istiqamətində birgə əməkdaşlığı, həmçinin kənd təsərrüfatına dair təhsil müəssisələrində əlaqələrin genişləndirilməsini prioritet məsələlər kimi dəyərləndirdik. Azərbaycan və Türkiyə bu sahədə böyük potensiala malik ölkələrdir. İmkanlardan səmərəli istifadə etmək əsas hədəfimizdir”.