YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Azərbaycan hər zaman "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib

“Hazırda 150 ölkə Çin tərəfindən irəli sürülən  "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək verir, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır. Bu təşəbbüs dünyanın inkişafında yeni mərhələdir. "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edir. İqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına,  qloballaşmanın iqtisadiyyata mənfi təsirlərinin  azalmasına, eyni zamanda beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi töhfələr verir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, layihə həmçinin sosial məsələlərin həlli, ölkələr arasında mədəni-humanitar əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyətə malikdir. Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən edən  Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusuna keçirilən görüşdə çıxış edərək respublikamızın "Bir kəmər bir yol" təşəbbüsünə dəstək verdiyini vurğulayıb.

“Dövlətimizin başçısı yüksək səviyyəli görüşdəki çıxışında həmçinin Azərbaycanın məqsədyönlü siyasət sayəsində son 15 ildə böyük uğurlara imza atdığını və qarşıya iqtisadi inkişafla bağlı çox mühüm hədəflər qoyduğunu nəzərə çatdırıb. "Azərbaycan lap əvvəldən Si Cinpin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır", - deyə dövlət başçısı vurğulayıb. Davamlı inkişaf üçün, heç şübhəsiz, rəqabətqabiliyyətli iqtisadiyyat fundamental amil rolunda çıxış edir.  Bu baxımdan Azərbaycanın nümunəsi ibrətamizdir. Belə ki, son 15 ildə respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar maliyyə mənbəyindən, kredit təşkilatlarından asılı deyil. Əksinə özünün güclü iqtisadiyyatına əsaslanan respublikamız ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya qoyuluşu həyata keçirir”-deyə, T.Süleymanov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv