YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahathir Məhəmməd: “Bir kəmər, bir yol” təşəbbüsü bütün iştirakçılar üçün xeyirlidir

Malayziyanın Baş naziri Mahathir Məhəmməd bəyan edib ki, Pekində keçirilən “Bir kəmər, bir yol” forumu onun bu layihədən daha çox Çinin mənfəət götürəcəyi ilə bağlı şübhəsini aradan qaldırıb.

Malayziyanın Baş naziri bu barədə Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

“İkinci beynəlxalq əməkdaşlıq forumunda iştirak etməyim mənə “Bir kəmər, bir yol” təşəbbüsünü daha dərindən başa düşməyə imkan yaratdı. İndi əminəm ki, bu təşəbbüs bütün iştirakçı ölkələr üçün xeyirlidir”, - deyə Mahathir Məhəmməd bildirib. Baş nazir əlavə edib ki, forumda ölçüsündən, inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir ölkəyə öz mövqeyini və narahatlığını ifadə etmək imkanı yaradılmışdı.

Bununla yanaşı, Mahathir Məhəmməd etiraf edib ki, bu yaxınlaradək o, həmin təşəbbüsdən yalnız Çinin fayda götürəcəyi ilə bağlı narahatlıq keçirirdi.

“Forum, həmçinin mənim Cənubi Çin dənizinə və Malakka boğazına yalnız bir böyük dövlət tərəfindən nəzarət olunacağı barədə narahatlığımı da aradan qaldırdı”, - deyə Baş nazir vurğulayıb.