YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür

“Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən islahatlar ölkəmizə innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoymağa imkan verib”. Bu fikirləri  Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Kamran İmanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin səyləri sayəsində əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür. Əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması infrastrukturunun qanunvericilik sahəsinə xüsusi diqqət yetirilir.

“Bir sıra nüfuzlu beynəlxalq reytinqlərin nəticələri bu qənaətə gəlməyə imkan verir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət inkişaf prioriteti elan olunub, institusional islahatlar çərçivəsində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılıb.İnkişafın innovasiya yolunu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini əqli mülkiyyətsiz təmin etmək mümkün deyil. Məhz buna görə milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovasiyalı islahat siyasəti ilə əvvəlcədən müəyyən olunur, respublikada həyata keçirilən dəyişikliklərə xidmət edir”-deyə, K.İmanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv