YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Sığorta sahəsində tədbirlər sistemi hazırlanır

“Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsində tədbirlər sistemi hazırlayır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır: Onun sözlərinə görə, “Aqrar sığorta haqqında” qanun layihəsi bu istiqamətdə mühüm bir addımdır.

“İlk növbədə biz təbii risklərdən özümüzü qorumalıyıq. Eyni zamanda mübahisə doğuran msələlər var. Azərbaycan cəmiyyəti üçün ən vacib məsələlərdən biri “Aqrar sığorta haqqında” qanundur. Bu qanun layihəsi çox vacibdir. Biz neçə illərdir ki, qanun layihəsi haqqında danışırıq. Son illər həyata keçirilən struktur islahatları əminlik yaradır ki, aqrar sektorda müsbət meyllər özünü göstərəcək”-deyə, komitə sədri vurğulayıb.